• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

3-cü ABB Hakatonu keçirildi!

3-cü ABB Hakatonu keçirildi!
27.07.2022 17:38
ABB İnnovasiya Mərkəzi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə 3-cü ABB Hakatonunu keçirib.
 
Hakaton Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Technest” təhsil proqramı çərçivəsində təşkil olunub. İdeya marafonunda iştirak üçün 257 nəfər müraciət edib, onlardan 187 nəfər iştirak hüququ qazanıb. Yarış 67 komanda arasında gedib.
 
Ümumilikdə 25 startap komandası seçilərək ABB İnnovasiya Mərkəzinin 3-cü İnkubasiya proqramına qəbul edilib. Proqram 1 avqust 2022-ci il tarixindən başlanacaq. İlk pre-inkubasiya mərhələsinin sonunda 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyənləşərək, mükafatlandırılacaqlar. 3-cü ABB Hakatonunun əsas istiqamətləri rəqəmsal bankçılıq, nağdsız ödəniş infrastrukturunun inkişafı, köçürmələrin optimallaşdırılması və "ƏDV geri al” xidmətinin inteqrasiyası ilə bağlı olub.
 
Digər sahələrə aid innovativ ideyalar da cəlb edilib. ABB-nin bu hakatonun təşkilində əsas məqsədi ölkəmizdə innovasiya mədəniyyətini və İT ekosistemini inkişaf etdirməkdir. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
İqtisadiyyat 08:35
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol