• $
  • £

Erməni analardan Ermənistana etiraz- Övladlarımızı qırdırmayın

Erməni analardan Ermənistana etiraz- Övladlarımızı qırdırmayın
28.07.2022 11:26
44 günlük Vətən Müharibəsindən sonra Ermənistanda sadə kütlə arasında müharibəyə etirazlar çoxalıb. Erməni anaları xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporuna müraciət edərək, övladlarının Azərbaycan ərazilərində hərbi xidmətə məcbur edildiyini bildiriblər. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
Erməni anaları mövcud duruma etiraz edirlər. Onlar övladlarının Azərbaycan torpaqlarında hərbi xidmət keçməsinin tam əleyhinədirlər və buna məcbur edilmələrindən narahatdırlar. Erməni anaları övladlarını itirmək istəmədiklərini bildirərək, etiraza qalxıblar.
 
"Ermənistan cəmiyyəti indi anlayır ki, Azərbaycan öz torpaqlarını geri alıb və həmin əraziləri nəinki Ermənistana qaytaran deyil, hətta yeni torpaqlar əldə etmək niyyətindədir”.
 
Erməni anaları övladlarının Azərbaycan torpaqlarında qanunsuz hərbi xidmətə cəlb edilməməsi üçün Ermənistan hakimiyyətinə güclərinin çatmadığını, buna görə erməni diasporuna ümid bağladıqlarını bildiriblər.
 
Erməni anaları bundan əvvəl də dəfələrlə etirazlar səsləndirib, ayağa qalxıblar. Onlar Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində övladlarından xəbər ala bilmədiklərindən şikayətlənirdilər.
 
Erməni anaların sözlərinə görə, itkin düşən erməni hərbçiləri Ermənistan hakimiyyəti tərəfindən fərari kimi göstərilir. Hətta müharibə zamanı həlak olan hərbçilərin valideynləri baş nazir Nikol Paşinyanın açıqlamalarının araşdırılması və ona qarşı cinayət işinin açılması tələbilə Ermənistan Baş Prokurorluğuna da müraciət ediblər. Erməni anaları övladlarının başqa ölkənin torpaqlarında hərbi xidmət keçməsinin yolverilməz olduğunu, övladlarının boşuna müharibələrdə itirilməsinə qarşı çıxıblar. Onlar nəhayət ki, bölgədə sülhün gətirilməsinin vacibliyini vurğulayıblar. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol