ABŞ Marsa iki minihelikopter göndərəcək
NASA (ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Araşdırılması Milli İdarəsi) Marsa iki minihelikopter yollayacaq. Bu məlumatı NASA-nın mətbuat xidməti yayıb.
Bildirilib ki, həmin helikopterlər Yerə Marsın dağlarından və torpağından nümunələr gətirmək üçün göndərilir.
"Minihelikoterlərdən birinin 2027-ci ilin payızında, o birinin isə 2028-ci ilin yayında göndərilməsi planlaşdırılır. Onların Marsdan dağ-qaya və torpaq nümunələrinin xüsusi raketlərə yükləyəcəyi gözlənilir. Həmin yükün 2033-cü ildə Yerə qaydıcağaı nəzərdə tutulub”.
Məlumata əsasən minihelikopterlərin çəkisi 4 funt (1,8 kq). Onlara təkərlər və tutma qolları quraşdırılacaq. Helikopterin layihələndirilməsi bu ilin oktyabrında başlayacaq. Bu mərhələnin 12 aya yaxın sürəcəyi gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox