• $
  • £

"Qarabağ"ın futbolçusu Kevin Medina 2-3 həftə oynamayacaq - Qurban Qurbanov

28.07.2022 21:27
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medina 2-3 həftə oynamayacaq.  Bunu  komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə cümə axşamı hava limanında verdiyi açıqlamada  bildirib. 
 
"Medinanın zədəsi ciddiyə oxşayır.Müayinə olunduqdan sonra dəqiq diaqnozu biləcəyik.Bəlkə də 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq ",  -  Qurban Qurbanov söyləyib. 
 
Kevin Medina "Sürix" komandası ilə  2:2 hesabı ilə başa çatmış matçın 43-cü dəqiqəsində zədələnib.

Qurban Qurbanov  29 yaşlı kolumbiyalı müdafiəçini böyük ehtimalla Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin ilk oyunu buraxacağını da vurğulayıb.
 
Baş hakim  "Allard Lindhautun" qərarlarından razı olmadığınız görünürdü bu haqda nə deyə bilərsiniz sualına cavabında isə Qurbanov söylədi ki, "Sürix" komandasına evdə oynadığı üçün açıq simpatiya var idi. 

"Ola bilər ki karyeram ərzində referiyə ən çox etiraz etdiyim oyun oldu. Bəlkə də kənardan o qədər görünmürdü. Yalnız bəzi epizodlarda fitlər verilirdi. Bunun səbəbini bilmirdik."Sürix" komandasının evdə oynadığından onlara qarşı simpatiya ola bilərdi bilmək olmaz", - məşqçi vurğulayıb.

Qurbanov ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la (Macarıstan) matç öncəsi itkilərlə barədə də fikir bidirib. 
 
"Buna da hazır olmalıyıq. Bütün matçlara optimal heyət və forma ilə çıxa bilmərik. Qarşıdakı günlərdə rəqibi tam tanıyandan sonra hansı addımları ata biləcəyimizi nəzərdən keçirəcəyik.Heyətimizdəki digər oyunçularada çox güvənirik",  -  o, əlavə edib. 
 
Fərid Məmmədli



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol