• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
29.07.2022 10:30
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Bu barədə Mərkəzi Bankı məlumat verib.

Faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.
 
"Pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki və proqnozlaşdırılan inflyasiyaya həm azaldıcı, həm də artırıcı amillərin təsiri müşahidə edilmişdir. Bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalması inflyasiyaya azaldıcı təsir göstərən amillərdir", - məlumatda bildirilir. 
 
Mərkəzi bank həmçinin  bildirir ki, məcmu tələbin genişlənməsi son illər artan xərclərin daxili inflyasiyaya ötürülməsinə şərait yarada bilər. Kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə qəbul edilmiş makroprudensial qərarların həm də məcmu tələbə azaldıcı təsir edəcəyi gözlənilir. 

Müxtəlif amillərin çoxistiqamətli təsirləri şəraitində inflyasiya proqnozu demək olar ki, dəyişməz saxlanılmışdır. İnflyasiyanın mövcud dinamikasının davam edəcəyi halda ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozlaşdırılır.
 
2021-ci ildə Azərbaycanda illik inflyasiya 6,7% olub. 
 
İqtisadiyyat Nazirliyi  2022-ci ilin sonuna inflyasiyanın 12,5% olacağını proqnozlaşdırıb.

Qərar haqqında bu gün saat 11:00-da Mərkəzi Bankın sədri cənab Taleh Kazimovun iştirakı ilə keçiriləcək mətbuat konfransında daha ətraflı məlumat veriləcəkdir.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 16-da ictimaiyyətə açıqlanacaq.
 
Qərar haqqında bir qədər sonra AMB-nin sədri Taleh Kazimovun iştirakı ilə keçiriləcək mətbuat konfransında daha ətraflı məlumat veriləcək.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol