Azərbaycanın strateji valyuta ehtiyatları artıb

Azərbaycanın strateji valyuta ehtiyatları 2022-ci ilin yanvar-iyununda 1,8% artaraq 54,2 milyard dollar təşkil edib. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
"Bu ilin 6 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 1,8% artaraq 54,2 milyard dollara çatıb", - Kazımov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ehtiyatların artması valyuta bazarında tarazlığı təmin edir.
Eyni zamanda o, valyuta hərraclarında xarici valyutaya tələbatın azaldığını qeyd edib. Xüsusilə, iyun ayında valyuta hərraclarında təklif tələbi 2 dəfə üstələyib.
Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın ehtiyatları, Dövlət Neft Fondunun vəsaitləri və Maliyyə Nazirliyinin xəzinədarlıq fondları hesabına formalaşır.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 