2022-ci ildə inflyasiya 12,5-12,8% proqnozlaşdırılır - Taleh Kazımov

Azərbaycan Mərkəzi Bank gələn il inflyasiyanın bir rəqəmli olacağını, bu ilin sonuna isə 12,5-12,8% təşkil edəcəyini proqnizlaşdırır. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
"İyunda 0,1% deflyasiyaya baxmayaraq, illik inflyasiya tendensiyası artmaqda davam edir. O cümlədən, iyunda 12 aylıq inflyasiya 14,2%, orta illik inflyasiya 12,9% təşkil edib”, - Kazımov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, inflyasiyaya ərzaq məhsullarının bahalaşması təsir edir. "O cümlədən, iyunda ərzaq məhsullarının qiymətlərində 12 aylıq artım 20,6%, orta illik inflyasiya 12,9% təşkil edib.
"Bizim hesablamalarımıza görə, 2022-ci ilin sonuna inflyasiya səviyyəsi indiki göstəricilərdən aşağı olacaq. Xarici bazarlarda əlverişli şəraitdə inflyasiya 2023-cü ildə birrəqəmli ola bilər”, - Kazımov əlavə edib.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
Azərbaycanın İqtisadiyyat Nazirliyi 2022-ci il üçün inflyasiyanın 12,5% səviyyəsində olacağını proqnozlaşdırır. Qiymət artımını əsasən Azərbaycan hakimiyyəti idxal inflyasiyası ilə əlaqələndirir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 