Azərbaycanda dollar satışı alışdan çoxdur - Taleh Kazımov

Azərbaycanın manatın dollara qarşı məzənnə siyasətində hər hansı dəyişiklik gözlənilmir, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
"Məzənnə siyasətinə heç bir dəyişiklik gözlənilmir. Mərkəzi bankın valyuta hərraclarında da tələbin azalması müşahidə olunur”, - Kazımov cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda banklar tərəfindən əhalidən nağd valyuta alışının həcmi valyuta satışının həcmini üstələyir.
"Əhali aldığından daha çox valyuta satır. Ölkəyə pul köçürmələrinin də artımı müşahidə olunur”, Kazımov bildirib.
O, əlavə edib ki, iyunda banklar tərəfindən xalis valyuta alışının həcmi 109,8 milyon dollar təşkil edib, bu da son 7 ildə maksimum göstəricidir.
2018-ci ilin martından manatın dollara qarşı məzənnəsi 1,7AZN/$1 səviyyəsində saxlanılır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 