Bu şəhərdə meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan edildi
ABŞ-ın San-Fransisko şəhərində (Kaliforniya ştatı) meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilib. Bu barədə şəhər meri London Brid elan edib.
O, şəhərdə ilk yoluxmanın cari ilin iyunun 3-də müəyyən edildiyini və virusun o vaxtdan bəri yayıldığını bildirib.
Merin sözlərinə görə, xəstəlik hava-damcı yolu ilə asanlıqla yayılmadığı üçün ümumi əhali üçün risk azdır, ancaq San-Fransisko Xalq Sağlamlığı Departamenti hökumətə mümkün çətinliklərə daha yaxşı hazırlaşmağa kömək etmək üçün bu qərara gəlib.
ABŞ-da bir gün ərzində meymunçiçəyinə rekord sayda - 1048 yoluxma halı qeydə alınıb. Ümumilikdə ABŞ-da 4 639, İspaniyada 3 738, Fransada 1 700-dən çox, Kanadada 745, Niderlandda 700-dən çox, Portuqaliyada 500-dən çox, Peruda 203, İsrail və Avstraliyada 105 yoluxma halı qeydə alınıb. İsveçin paytaxt regionunda isə 63 yoluxma halı aşkar olunub. ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus bildirib ki, dünyada 18 min meymunçiçəyinə yoluxma halı qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təşkilata üzv ölkələri aşkar edilmiş meymunçiçəyinə yoluxma halları haqqında məlumatları paylaşmağa çağırıb.
"Cəmi altı həftə əvvəl ÜST Böyük Britaniyadan kənara səyahət etməyən insanlar arasında meymunçiçəyi xəstəliyinə üç yoluxma halından ibarət klaster barədə bildiriş alıb. Hələ iyunun 24-nə kimi Nigeriya da daxil olmaqla 48 ölkədən ÜST-ə meymunçiçəyinə yoluxma barədə təsdiqlənmiş 3, mindən çox fakt daxil olub", - deyə təşkilatın baş direktoru qeyd edib.
Cari ilin iyunun 23-də Dünya Səhiyyə Təşkilatı meymunçiçəyini pandemiya elan edib.
Meymunçiçəyi nədir?
Meymun çiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.Bu infeksiyanın mənbəyi əsasən mərkəzi və qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir. Virusun iki əsas növü var - Qərbi Afrika və Mərkəzi Afrika. İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir. Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır. Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar həmçinin dəridə izlər buraxa bilər. Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.
Epidemiyalar nə qədər yayğındır?
Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb.Q eydə alınan 81 hadisə nəticəsində ölən olmayıb.İ ndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub.
Avropada ilk dəfə İngiltərədə təsbit edilən meymun çiçəyi virusu üç həftə ərzində bütün qitələrə yayılmağa başlayıb. Daha sonra İspaniya, Portuqaliya, Almaniya, Belçika, Fransa, Hollandiya, Finlandiya, İtalya ve İsveçin ardınca İsveçrə, Avstralya, Gürcüstanda da meymun çiçəyi virusuna yoluxanlar olub. Türkiyə və Rusiyada da ilk yoluxma aşkarlanıb. Azərbaycanda isə rəsmi mənbələrə görə, bu virusa yoluxma halı qeydə alınmayıb. Buna baxmayaraq digər ölkələr də daxil olmaqla Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana da meymunçiçəyi virusunu təsbit edə biləcək 3000 test göndərib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox