Bu müğənni vergidən yayındığı üçün həbs edilə bilər - FOTO
İspaniya Prokurorluğu tanınmış, kolumbiyalı müğənni Şakiranın vergi ödəməkdən yayındığına görə 8 il 2 ay müddətinə həbs olunmasını tələb edir. İspaniyanın El Pais qəzeti yazıb.
El País xəbər verir ki, onlar həmçinin onun 23,51 milyon dollar (23,7 milyon avro) cərimə ödəməli olduğunu bildiriblər.
Şakira və Pike 11 ildən sonra ayrıldıqlarını ötən ay elan ediblər. Şakira bu həftənin əvvəlində işi məhkəməyə vermək qərarına gəldi.
Billboard-un məlumatına görə, müğənni jurnalistlərə açıqlamasında "günahsızlığına inandığını və məsələni qanunun ixtiyarına buraxmağı seçdiyini" bildiriblər.

www.anews.az
El País xəbər verir ki, onlar həmçinin onun 23,51 milyon dollar (23,7 milyon avro) cərimə ödəməli olduğunu bildiriblər.
İspaniya prokurorları ilk dəfə 2018-ci ildə Şakiraya qarşı ittiham irəli sürərək, onun orada 16,3 milyon dollar (14,5 milyon avro) vergi ödəmədiyini bildirib. Sözügedən ölkənin prokurorlar Şakiranın ispaniyalı futbolçu Jerar Pike ilə münasibətdə olduğu üçün İspaniyada tez-tez vaxt keçirdiyini və ölkə vergisinə borclu olduğunu söyləyib.
Billboard-un məlumatına görə, müğənni jurnalistlərə açıqlamasında "günahsızlığına inandığını və məsələni qanunun ixtiyarına buraxmağı seçdiyini" bildiriblər.
El País xəbər verir ki, Şakira istintaq başlayandan bəri qanuni olaraq Baham adalarında yaşadığını söyləyib. Reuters isə onun İspaniyada yaşamadığını bildirib.
Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Şakira eyni zamanda Kolumbiyada fəaliyyət göstərən Pies Descalzos adlı bir qeyri-hökumət təşkilatının qurucusu və fəxri sədridir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olub. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olub.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox