• $
  • £

İranda 3 qadın bir gündə edam edilib

 İranda 3 qadın bir gündə edam edilib
29.07.2022 16:52
İranda "ərini öldürən" 3 qadınla bağlı çıxarılmış edam hökmü icra olunub. Bu barədə İran İnsan Haqları Qrupu hüquq müdafiə təşkilatı məlumat verib. 

Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, edam olunanlardan biri Süheylə Əbədi  15 yaşında ərə verilən "azyaşlı gəlin”dir. O, 10 il nikahda olduğu həyat yoldaşını  "ailə münaqişəsi” zəminində  öldürməkdə təqsirli bilinib.

Amnesty International təşkilatının məlumatına görə, 2022-ci ilin yanvar-yununda İranda 250-dən çox insan edam edilib ki, bu da keçən ilin uyğun dövründə icra olunan edamlardan iki dəfə çoxdur. 

Hüquq müdafiəçiləri həmçinin bildirirlər ki,  digər ölkələrlə müqayisədə İranda edam edilənlərin çoxu qadındır. 

Onların fikrincə, İranda "məişət zorakılığı” ilə bağlı ittihamlara çox vaxt əhəmiyyət verilmir. 

İranda hər bir edam faktı barədə rəsmi məlumat verilmədiyindən edam olunanların dəqiq statistikasını aparmaq mümkün deyil.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol