Bu ərazidə nəhəng qaz yatağı aşkarlanıb
Fars körfəzinin Abu-Dabi şelfində (BƏƏ ərazisi) ehtiyatları 28,3 milyard kubmetrdən 42,4 milyard kubmetrə çata bilən nəhəng təbii qaz yatağının aşkar edilib. Bu barədə Abu-Dabi Milli Neft Şirkətinin saytında (ADNOC) məlumat yayımlanıb.
Yayılan məlumata görə, yataq ADNOC ilə konsessiya müqaviləsinin bir hissəsi kimi İtaliyanın "Eni” və Tailandin "PTT Exploration və Production Public Company Limited” şirkətlərindən ibarət beynəlxalq konsorsium tərəfindən işlənən 2 nömrəli blokda kəşfiyyat quyusunun qazılması zamanı kəşf edilib.
Qaz ehtiyatlarının aşkarlanması "dünyanın ən böyük birləşmiş quru və dəniz üçölçülü meqaseysmik tədqiqatı” zamanı əldə edilən yeni məlumatlar sayəsində mümkün olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox