Azərbaycan Ordusunda döyüş hazırlığı ilə bağlı yoxlamalar keçiriləcək
Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən Azərbaycan Ordusunun qoşunlarında yoxlamalar keçiriləcək.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intevsivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə saxlanmasına dair xüsusi göstərişlər verib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun qoşunlarına ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox