• $
  • £

Azərbaycan taekvondoçuları dünya çempionatını 4 medalla başa vurublar

Azərbaycan taekvondoçuları dünya çempionatını 4 medalla başa vurublar
31.07.2022 21:00
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya çempionatı başa çatıb.

Yarışın son günündə aktivində 1 qızıl və 1 bürünc medal olan Azərbaycan millisinin daha iki üzvü fəxri kürsüyə yüksəlib.

49 kq-da Bahadur Dostuyev debüt görüşündə Yakub Soltsiakı (Polşa) məğlub edib - 2:0. Onun 1/8 finalda rəqibi Zaid Peres (Meksika) olub. Gərgin keçən döyüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Dostuyev 1/4 finalda Apostolos Panaqopoulosdan (Yunanıstan) güclü olub - 2:0. Yarımfinalda Eunselok Li (Cənubi Koreya) ilə üz-üzə gələn Dostuyev rəqibi mərhələ adladığından bürünc medala yiyələnib.
Onun uğurunu 61 kq çəki dərəcəsindəki Yunis Hüseynov da təkrarlayıb. O, ardıcıl olaraq Joey Yusif (Livan), Gitiş (Hindistan) və Enes Duşkini (Monteneqro) mübarizədən kənarlaşdıraraq, yarımfinalda iştirak hüququ qazanıb. Finala gedən yolda Nika Qoqoberidze (Gürcüstan) ilə üz-üzə gələn Hüseynov məğlub olduğundan 3-cü yeri tutub.

Beləliklə, Azərbaycan millisi 77 ölkədən 670-dən çox idmançının qatıldığı və 4 gün davam edən mundialı 1 qızıl və 3 bürünc medalla başa vurub. Dostuyev və Hüseynovdan öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna sahib olub, Fuad Məhərləmli (45 kq) 3-cü yerdə qərarlaşıb.

Bu nəticə Azərbaycan taekvondosu tarixində 2 rekordla əlamətdar olub. Budaqlı yeniyetmələrin mübarizəsində ölkəyə ilk qızıl mükafatı qazandırdığı halda, milli medal sayında ən yaxşı göstəricisinə imza atıb. İndiyədək komanda heç bir dünya çempionatında 4 mükafata sahib olmayıb. Sofiyadakı yarışadək ən yaxşı nəticə 2014-cü ildə Bakıda qeydə alınıb. Həmin mundialı yığma 2 gümüş və 1 bürünc medalla bitirib
Qeyd edək ki, milli komanda avqustun 2-də Vətənə qayıdacaq

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol