İlqar Məmmədov ona Mixayıl Saakaşvili deyənləri qınadı
Real partiyasının sədri İlqar Məmmədov ona Azərbaycanın Saakaşvilisi deyənləri qınayıb, bu barədə o öz facebook statusunda məlumat yayıb.
"Deyirdim axı, mənə "Azərbaycanın Saakaşvilisi" deməyin. Adam həbsdən bəyan edib ki, yaratdığı partiyadan və ümumiyyətlə Gürcüstan siyasətindən gedir. Məhkəməni udub bəraət qazanmaq ağlına gəlmədi. İnsafən, bəlkə də sağlamlıq problemi var. Mənim sağlamlığıma isə həbs çox da təsir etmədi, amma Avropa tarixində görünməmiş hüquqi qələbəmdən sonra mütəşəkkil alçaqların hakimiyyətin sifarişi ilə üzərimə etdiyi hücum az qalmışdı mənim də sağlamlığımı sarsıtsın. Yenə dirəndim və sorunları üstələdim. Azərbaycanın Respublika qalacağına əmin olunca mübarizədəyəm”, - deyə siyasətçi bildirib.
Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin vəkili Valeri Qelbaxiani onun səhhətindəki problemlərlə əlaqədar siyasətdən getdiyini açıqlayıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox