• $
  • £

Azərbaycan millisi İslamiadaya Bakıda hazırlaşacaq

Azərbaycan millisi İslamiadaya Bakıda hazırlaşacaq
01.08.2022 23:00
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışını başa vurub.


Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, iyulun 18-dən Mariborda hazırlıq keçən Eldar Yusubovun rəhbərlik etdiyi komanda bu gün Bakıya qayıdıb.


Azərbaycan millisi səfər çərçivəsində yerli yığma ilə də iki yoxlama matçı keçirib. Sloveniya millisi ilə keçirilən hər iki görüş Azərbaycan voleybolçularının xeyrinə yekunlaşıb.


Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşan Azərbaycan yığması plana uyğun olaraq hazırlığın son mərhələsini Bakıda davam etdirəcək.


İslamiadada voleybol yarışları 8 - 16 avqustda gerçəkləşəcək. Voleybol millisi Türkiyəyə avqustun 5-də yola düşəcək. Yarışda Azərbaycan millisi B qrupunda Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə üz-üzə gələcək.


Milli komanda AVRO-2023-ün təsnifat mərhələsində isə ilk rəsmi matçını avqustun 20-də Bakıda Gürcüstan komandasına qarşı keçirəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol