Qeyri-neft sektoru üzrə ixrac 25 faizdən çox artıb

2022-ci ilin yanvar-iyunda Azərbaycanın ixracı 18,5 milyard, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı”nın iyul sayında qeyd olunub.
Bildirilir ki, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 295,4 mln. ABŞ dolları və ya 25,4% artıb.
2022-ci ilin yanvar-iyununda meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% artaraq 328,1 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1%, pambıq lifi ixracı 12,8%, pambıq iplik ixracı isə 5,2% artıb.
Aytac
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 