• $
  • £

Türkiyədə meymunçiçəyinə yoluxanların sayı ÇOXALDI

Türkiyədə meymunçiçəyinə yoluxanların sayı ÇOXALDI
02.08.2022 12:30
Türkiyədə 5 nəfər meymunçiçəyi virusuna yoluxub, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, Türkiyədə ilk dəfə 30 iyunda aşkarlanan meymunçiçəyi virusuna yoluxanların sayının artmaqdadır. "Ölkəmizdə meymunçiçəyi virusuna 5 yoluxma aşkar edilib, onlardan 4 nəfər sağalıb, bir nəfərin isə müalicəsi davam edir”, - o deyib.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  baş direktoru Tedros Gebreyesusun brifinqdə açıqladığı məlumata görə, bu günə qədər dünyanın 78 ölkəsində meymunçiçəyinə yoluxma ilə bağlı 18.000 hadisə qeydə alınıb. Kanada, Avropa İttifaqı və ABŞ-da MVA-BN vaksini meymunçiçəyinə qarşı istifadə edilmək üçün rəsmən təsdiqlənib. Daha iki vaksin – LC16 və ACAM2000 hazırda effektivliyin qiymətləndirilməsi mərhələsindədir.Tedros Adhanom Qebreyesus təşkilata üzv ölkələri aşkar edilmiş meymunçiçəyinə yoluxma halları haqqında məlumatları paylaşmağa çağırıb.

"Cəmi altı həftə əvvəl ÜST Böyük Britaniyadan kənara səyahət etməyən insanlar arasında meymunçiçəyi xəstəliyinə üç yoluxma halından ibarət klaster barədə bildiriş alıb. Hələ iyunun 24-nə kimi Nigeriya da daxil olmaqla 48 ölkədən ÜST-ə meymunçiçəyinə yoluxma barədə təsdiqlənmiş 3, mindən çox fakt daxil olub. Hazırda qeydiyyata alınmış yoluxma hallarının 70 faizdən çoxu Avropa İttifaqının, 25 faizi Amerika ölkələrinin payına düşür. Meymunçiçəyinə yoluxmuş beş nəfər ölüb", - deyə təşkilatın baş direktoru qeyd edib.
 
Cari ilin iyunun 23-də Dünya Səhiyyə Təşkilatı meymunçiçəyini pandemiya elan edib.

Meymunçiçəyi nədir? 

Meymun çiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.Bu infeksiyanın mənbəyi əsasən mərkəzi və qərbi Afrika ölkələrinin ucqar hissələrində, tropik yağış meşələrinin yaxınlığında yerləşir. Virusun iki əsas növü var - Qərbi Afrika və Mərkəzi Afrika. İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir. Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır. Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilər. Onlar həmçinin dəridə izlər buraxa bilər. Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.

Epidemiyalar nə qədər yayğındır?

Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. O vaxt virus xırda məməlilərdən yoluxan çöl itləri ilə yaxın təmas vasitəsilə yayılıb.Q eydə alınan 81 hadisə nəticəsində ölən olmayıb.İ ndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub.

Avropada ilk dəfə İngiltərədə təsbit edilən meymun çiçəyi virusu üç həftə ərzində bütün qitələrə yayılmağa başlayıb. Daha sonra İspaniya, Portuqaliya, Almaniya, Belçika, Fransa, Hollandiya, Finlandiya, İtalya ve İsveçin ardınca İsveçrə, Avstralya, Gürcüstanda da meymun çiçəyi virusuna yoluxanlar olub. Türkiyə və Rusiyada da ilk yoluxma  iyunda aşkarlanıb.  Azərbaycanda isə rəsmi mənbələrə görə, bu virusa yoluxma halı qeydə alınmayıb. Buna baxmayaraq digər ölkələr də daxil olmaqla Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana da meymunçiçəyi virusunu təsbit edə biləcək 3000 test göndərib.


Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol