Prezident Mikayıl Cabbarova yeni səlahiyyət verdi
Prezident İlham Əliyev "2011-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiq edilməsi barədə” 24 noyabr 2010-cu il tarixli fərmanında dəyişiklik edib.
Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi hər rüb başa çatdıqdan sonra səhmlərinin (paylarının) 50%-dən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin vergi hesablamalarını və ödəmələrini aidiyyəti qurumlarla birlikdə təhlil etməli, vergilərin dövlət büdcəsinə ödənilməsini təmin edən tədbirlər görməli və görülmüş işlər barədə ildə bir dəfə ölkə prezidentinə məlumat verməlidir.
Dəyişiklik ilə, "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı” genişləndirilib.
Belə ki, siyahıya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparat rəhbəri və onun müavinləri, struktur bölmələrinin rəisləri və onların müavinləri, struktura daxil olan qurumların rəisləri və onların müavinləri əlavə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox