• $
  • £

Kosova ilə Qarabağ arasında müqayisə aparmaq doğru deyil – ŞƏRH

Kosova ilə Qarabağ arasında müqayisə aparmaq doğru deyil – ŞƏRH
02.08.2022 16:29
Kosova ilə Qarabağ arasında müqayisə aparmaq doğru deyil. Bunu siyasi şərhçi Şahin Cəfərli Kosova-Serbiya münaqişəsindən danışarkən deyib.

Son günlər Serbiya və Kosava arasında gərginlik yaşanır. Kosovanın əsasən serblər yaşayan Kosovska-Mitrovitsa şəhərində atəş səslərinin eşidilməsindən sonra iki ölkə arasında gərginlik artıb. Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib və Kosova ilə sərhəddə barikadalar qurulub. Kosova xüsusi təyinatlıları isə cavab olaraq sərhədi bağlayıb.

Baş verən hadisələr əslində bir sualı yenidən aktuallaşdırır. Kosova münaqişəsi necə həll edilə bilər? Ümumiyyətlə bu münaqişənin sülh yolu ilə həlli mümkündür?
 
Şahin Cəfərli deyib ki, Kosovo presedentinin Serbiya-Kosova münaqişəsini tez-tez "DQR”lə müqayisə edib eyniləşdirilməsinə rast gəlirik ki, bu, çox yanlışdır:
 
"Kosova müsəlmanları mərkəzi hökumətin etnik təmizlik və soyqırım cəhdinə məruz qaldıqları üçün demokratik dünyanın (Türkiyə də daxil olmaqla) hərbi müdaxiləsi ilə qoruma altına alınıblar. Bundan sonra müstəqillik elan ediblər və 100-ə yaxın dövlət tərəfindən rəsmən tanınıblar. Beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü prinsipi və xalqların öz müqəddəratını təyinetmə hüququ daim toqquşur, lakin bir xalqı onun kökünü kəsmək istəyən dövlətin tərkibində qalmağa məcbur etmək absurddur, məhz bu cür durumlarda öz müqəddəratını təyinetmə legitim haqq sayılmalıdır.

Qarabağdakı müharibə isə Azərbaycanın (mərkəzi hökumətin) yerli azlığa hücumları ilə başlamayıb, onlara qarşı hər hansı soyqırım və deportasiya siyasəti aparılmayıb. Tam əksinə, dominant etnos hər şeydən xəbərsiz hələ də "qardaş olub Hayastan-Azərbaycan” mahnısı oxuduğu dövrdə azlıq və onun himayəçisi (Ermənistan) tərəfindən silahlı hücuma məruz qalıb, Qarabağ və ətraf rayonlarda azərbaycanlı əhaliyə qarşı etnik təmizlik aparılıb”, - o deyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol