“Lotu Quli”nin qardaşının adamları Ukraynada belə saxlanıldı - Video
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları xüsusi əməliyyat keçirərək Odessada bölgə sakinlərinin təhlükəsizliyini və əmin-amanlığını təhdid edən transmilli mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərini saxlayıblar.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Odessa vilayətindəki ofisi məlumat yayıb.
Bildirilib ki, qruplaşmanın rəhbəri azərbaycanlı mərhum "qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli”) qardaşı Namiq Səlifovdur ("Namiq Bakinsiy”).
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, xüsusi xidmət orqanının əməliyyatçıları tərəfindən azadlıqda olan qrupun üzvləri müəyyən edilərək saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox