• $
  • £

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağdakı vəziyyəti müzakirə edib
03.08.2022 21:12
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və yaranmış gərginlik müzakirə olunub.

Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən həm iki dövlətin sərhəd bölgəsində, həm də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində təxribatlar törədildiyi, avqustun 3-də qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması nəticəsində bir hərbi qulluqçumuzun şəhid olması faktını qarşı tərəfin diqqətinə çatdırıb.

Azərbaycan Silahlı Qüvvələrinin öz suveren ərazilərində hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb.

Nazir Ermənistan tərəfinin bu təxribatlarının Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında bəyanatların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini bildirib. C.Bayramov 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığını və bunun yolverilməz olduğunu vurğulayıb. Ermənistan tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməməsinin bölgədə yaşanan gərginliyin əsas səbəbi olduğu diqqətə çatdırılıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol