• $ 1.7
  • € 1.9334
  • ₽ 0.020684
  • ₺ 0.0442
  • £ 2.2762

İşğaldan azad edilən Qırxqız və Sarıbaba yüksəkliklərinin əhəmiyyəti nədir? - TƏHLİL

İşğaldan azad edilən Qırxqız və Sarıbaba yüksəkliklərinin əhəmiyyəti nədir? - TƏHLİL
04.08.2022 10:12
Qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda Azərbaycan Ordusu tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Beynəlxalq münasibətlər üzrə ekspert, Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü Əziz Əlibəyli Sarıbaba və Qırxqız yüksəkiliklərinin əhəmiyyəti barəsində təhlil aparıb.

Sarıbaba yüksəkliyi – Şuşa işğaldan azad edildikdən sonra Laçın dəhlizi Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişi təmin etmək məqsədilə müvəqqəti şəkildə rus sülhməramlılarının nəzarətinə verilib. Nəticə etibarilə Azərbaycan bir müddət istifadə etdiyi Xankəndi – Şuşa magistralından imtina edərək, Zəfər yolunu inşa etdi. Bütövlükdə isə Daşaltıdan Şuşaya qalxan yol istisna olmaqla, digər marşrutlar müəyyən qədər təhlükəsiz deyildi. Şuşa özü isə ümumilikdə üç tərəfdən (kəndlər də hələ terrorçular qalır) müəyyən təhlükələrə məruz qala bilərdi, amma…


Sarıbaba Laçın dəhlizinə 2 km, Laçın -Şuşa yolunun üzərində yerləşir və Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Sisian, Qafan kimi mərkəzlərə birbaşa və ya dağ yolları ilə keçən ənənvi xətlərin mərkəzində yer alır. Hündürlüyə malik olmaqla, cənub cəbhəsini tam, şərq və şimal cəbhəsini qismən, Laçın – Şuşa yolunu tam nəzarətdə saxlamağa imkan verir.


İkincisi, Sarıbabda cəmləşən zərbə dəstələri göstərir ki, prosesin ana xətti Laçın dəhlizinin boşaldılması, yeni yolun işə salınması, əks halda isə, terrorçuların hərbi xarakterli cəzalandırılması və gələcəyə yönəlik bütün hərbi – coğrafi üstünlükləri əldə saxlamağa, Şuşanın təhlükəsizliyini tam təmin etməə yönəlikdir.


Qırxqız dağı Azərbaycan Respublikasının Qarabağ silsiləsinin şimal ərazisində Laçın, Kəlbəcər və Xocalı rayonunun ərazisini əhatə edən dağ silsiləsidir. Başqa sözlə, dağın əldə edilməsi – Kiçik Qafqazın Qarabağ hissəsində 3 min metr hündürlükdən bütün Xocalının nəzarətə alınması, yenə Laçına nəzarətin təmin edilməsidir.


Qarabağ silsiləsi Kiçik Qafqaz sıra dağlarında şimal-qərbdən cənub-qərbə tərəf 120 kilometr məsafədə uzanır. Məsələn, müqayisə üçün deyək: Şuşa ərazisində olan Kirs dağı Qarabağ silsiləsinin ən yüksək zirvələrindəndir, hündürlüyü 2725 metrdir. Vaxtilə aran Qarabağının əhalisi dağlara köçəndə məhz bu dağı oylaq seçirlərmiş.

Qafqazda olan 2 dağ sıralarından biri, ümumi baş suayrıcısı olmayan Kiçik Qafqaz sıra dağlarında müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarət olan Qarabağ silsiləsinin şimal hissəsində, Laçın, Kəlbəcər və Xocalı rayonu ərazisini əhatə edən və Qırxqız adı ilə tanınan dağ ümumilikdə orta hesabla dəniz səviyyəsindən yüksəkliyi 2697 metrdir. Ən hündür zirvəsi Laçın və Xocalı rayonlarının sərhəddində və dəniz səviyyəsindən 2843 m yüksəklikdə qərarlaşan Qızqala dağ zirvəsidir. Qörxqız adlanan zirvə isə dəniz səviyyəsindən 2629 m yüksəklikdə yerləşir. Dağın qərb ətəklərində Laçın, şərq ətəklərində isə Xocalı rayonlarının kəndləri sıralanır. – Yəni Qırxqız əməliyyatı – məhz indki halda Laçın, gələcəkdə isə Xocalı əməliyyatları üçün əsas zona təşkil edir.

Digər bir anlayışla – Yuxarı Qarabağ iqtisadi-coğrafi bölgəsinin sivri, uca nöqtələrinin birləşdirilməsi prosesi gedir:

Bir az daha aydınlaşdıraq: Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşən bu rayona Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam, Xocalı, Tərtər, Şuşa, Xankəndi əraziləri daxildir. Bölgənin şimal-şərqi Murovdağ (2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlara başlamasından sonra Murovdağ silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatdır.) cənub yamacları, mərkəzi, qərb və cənub hissələrini Qarabağ silsiləsinin şərq yamacları daxil Qırxız dağı təşkil edir (03 avqust 2022-ci ildə azad edilib).

Digər mühüm proseslərin getdiyi bölgə – vaxtilə ləğv edilmiş Ağdərə rayonunun Kəlbəcər hissəsinə düşən ərazilərlə bağlıdır.

Azərbaycanın bütövlükdə hərbi -strateji taktikası kiçik hissələrə bölməklə azad etmək prinsipinə hesablanıb.

Əlavə məlumatlar yalnız təsdiqlənmiş hərbi mənbələrinn məlumatlarından sonra açıqlana bilər.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol