• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər sahillərində xeyli sayda ölmüş suiti tapılıb

Xəzər sahillərində xeyli sayda ölmüş suiti tapılıb
01.05.2025 21:40

Qazaxıstanın Mangistau vilayətinin Tupkaraqan rayonunda Xəzər dənizinin sahilinə vurmuş 88 suiti cəsədi tapılıb.Bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi məlumat yayıb.

Məlumata görə, suiti cəmdəkləri aprelin 29-da sahilyanı monitorinqlər zamanı aşkar edilib. “Qırmızı kitab”a daxil edilmiş heyvanların tələf olması faktı ibtidai araşdırmaların vahid reyestrində qeydə alınıb.

“Qazaxıstan Hidrometeorologiya Xidmətinin məlumatına görə, ötən müddət ərzində regionun akvatoriyasında qərb küləyi üstünlük təşkil edib ki, bu da suitilərin cəsədlərini sahilə çıxarıb. Hidrobiologiya və Ekologiya İnstitutundan verilən məlumata görə, heyvanların cəmdəkləri çürümə prosesinin ağır mərhələsindədir”, - Komitənin məlumatında deyilir.

Müvafiq olaraq, suitilərin ehtimal olunan ölümündən xeyli vaxt (2-3 həftə) keçdiyindən heyvanların ölüm səbəblərini müəyyən etmək çətindir.

Cəmdəklər sanitar normalara uyğun olaraq Tupkaraqan rayon poliqonunda toplanaraq utilizasiya edilib. Xəzər dənizinin sahil zolağının monitorinqi davam edir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol