Əsir götürülən erməni əsgər - Biz hamımız yatmışdıq - VİDEO
Azərbaycan Ordusu 3 avqust tarixində "Qisas" adlı hərbi əməliyyatlar zamanı Qarabağda bir necə silahlı terorist erməniləri əsir götürüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, videoda Azərbaycan hərbçiləri erməni əsirlərə o səgəri kim vurdu sualını verir. Qarşı tərəfdə olan əsir erməni isə bildirir ki, biz hamımız yatmışdıq, bir nəfər qalmışdı.
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Bundan əlavə, Müdafiə Nazirliyi Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox