Putinin hələlik İlham Əliyevlə danışmaq fikri yoxdur - Peskov
Azərbaycanın Dağlıq Qarabağda keçirdiyi son antiterror əməliyyatından sonra rəsmi Moksva tərəfləri hər iki tərəfi təmkinli olmağa çağıran bəyanatla çıxış edib. Bu barədə Reuters agentliyi xəbər verir.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bölgədə baş verən hadisələri diqqətlə izlədiklərini söyləyib.
"Biz Qarabağda baş verənləri diqqətlə izləyirik, təbii ki, vəziyyətin pisləşməsindən narahatıq. Biz tərəflərdən təmkin nümayiş etdirmələrini və ən əsası üçtərəfli sənədlərin bütün müddəalarına əməl etmələrini xahiş edirik”, Peskov vurğulayıb.
Rusiyanın vasitəçiliyindən sonra Ermənistan və Azərbaycan sülh planı üzərində işləməyə razılaşsalar da Ermənistan tərəfi mütəmadi atəşkəsi pozur.
Peskov bildirib ki, hazırda prezident Vladimir Putinin azərbaycanlı həmkarı İlham Əliyevlə danışmaq niyyəti yoxdur, lakin ehtiyac olarsa tez bir zamanda əlaqənin qurulmasını təşkil etmək olar.
Sadiq Cavadov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox