Qızılın qiyməti cüzi artıb

Qızılın qiyməti cüzi artaraq bir unsiya üçün 1800 ABŞ dollarını keçib. Birjalar ABŞ-da makrostatistik məlumatların açıqlanmasını gözləyir.
"Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex” birjasında qızılın dekabr fyuçersləri 0,07% və ya 1,25 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 808,15 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,68% artaraq 1 unsiyası 20,258 ABŞ dolları təşkil edib.
İnvestorlar ABŞ-ın əmək bazarının iyul ayı üçün məlumatlarını gözləyir. Bu məlumatlar ölkənin monetar siyasətinə, dolların məzənnəsinə və dolayı yolla qızılın qiymətinə təsir edə bilər.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 