Azərbaycan Ordusunun Laçında yaralanan əsgəri həlak olub
Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Tahir Əliyev avqustun 5-də vəfat edib. Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
www.anews.az
Avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Xudiyev və əsgər Tahir Əliyevin üzərinə düşüb. Əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Hadisə nəticəsində əsgər Tahir Əliyev müxtəlif bədən xəsarətləri almışdı.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox