• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

Gənclər yeni icbari sığorta qaydalarından narazıdır

Gənclər yeni icbari sığorta qaydalarından narazıdır
05.08.2022 17:12
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğləri yeni qayda ilə hesablanacaq.

Sığorta haqqlarının yeni qayda ilə hesablanmasına 2022-ci il oktyabrın 1-dən başlanacaq, zərərlərin birbaşa ödənişi isə noyabrın 1-dən həyata keçiriləcək.

Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev bu məsələ ilə bağlı bildirib ki, sığorta haqqı 4 əsas amil nəzərə alınaraq müəyyənləşdiriləcək.

"Birinci amil olaraq sığorta haqqının sürücülər tərəfindən daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirilməsi nəzərdə tutulur. Əvvəla qeyd edim ki, baza sığorta haqqı, yəni 50 manat dəyişdirilmir və olduğu kimi qalır. Lakin, risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir. Məlumdur ki, sürücünün yaşı və sürücülük təcrübəsi nə qədər azdırsa onun yol-nəqliyyat hadisəsi törətmək riski o qədər yüksəkdir. Ona görə də baza sığorta tarifinə yaş və sürücülük təcrübəsinə görə, 1,35-1,05 intervalında əmsallar tətbiq edilir",  - Ziya Əliyev bildirib.

Onun sözlərinə görə, ikinci risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. Yəni, digər bölgələrdə sürücülər daha az sığorta haqqı ödəyəcəklər.

Üçüncü amil nəqliyyat vasitəsinin istismar müddəti iləə bağlıdır. Daha köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 il aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur.

Dördüncü amil
nəqliyyat vasitəsini idarə edənlərin sayına bağlı olaraq tətbiq olunan əmsaldır. Əgər nəqliyyat vasitəsini iki və daha artıq şəxs idarə etmək hüququna malikdirsə o zaman baza sığorta haqqına 1,15 əmsalı tətbiq edilir", - Əliyev bildirib.

Mərkəzi Bankın avto-icbari sığorta sahəsində qəbul etdiyi yeni qaydalar əsasən iki başlıca zərurətlə bağlıdır. Birincisi, hazırda praktika belədir ki, şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə üçüncü tərəfə zərər vurduğu halda zərərin ödənilməsi prosesi zərərçəkən tərəflə zərərvuran tərəfin sığortaçısı arasında həll olunur. Yəni zərərçəkən tərəf ödənişi öz avto-icbari sığortaçısından deyil, zərərvuran tərəfin sığortaçısından əldə edir. Belə olan halda zərərlərin ödənilməsi prosesi müştəri-biznes münasibətlərindən kənarda baş vermiş olur. Yəni ödənişi alan tərəf müştərisi olmayan sığortaçı ilə qarşı-qarşıya qalmış olur.
 
Bəs sürücülər necə bu qaydalardan razıdırmı?

"Chevrolet Cruze" markalı avtomobilin sahibi  Sənan Əlizadə razılığını bildirir. 
 
"Mənim bu sığorta ilə bağlı fikrim çox gözəldir. Əvvəl sığortaçı ilə müştəri arasında qalmaqal yaranırdı. Bundan sonra yaranmayacaq”.

Taksi sürücüsü Anar Zeynalov istənilən qərarla razılaşdığını deyir.

"17 ildir ki, taksi sürücüsüyəm. Mənim adım Xalq sığortada da, Paşa sığortada da olub. Bu vaxta kimi, qurban olum Allaha hadisə törətməmişəm. İstər Toyota Prius sürüm, istər digər maşınlar olsun haraya gedirəm yaşıl işıqdır mənim üçün. Adımı vuran kimi baxıb görürlər ki, sığorta haqqımı ödəmişəm. İndi hansı qərar verilibsə, deməli, bizim üçün xeyirlisi odur”.

Sürücü Amin Axundov isə yeni qaydalardan hələlik xəbərsiz olduğunu deyir. 


"Sığortaya münasibətim yaxşıdır. Yeni qaydanı sən indi dedin, mən də bildim. Maşınımın sığortası var, amma hələ istifadə etməmişəm. Çünki heç bir qəza törətməmişəm ki, ondan da istifadə edəm. Təzə sığortamı da bir həftə olar yazdırmışam”.

Gənc sürücü Rüfət Aslanov isə deyir ki, təcrübəsiz sürücülər təcrübəlilərdən daha çox sığorta haqqı ödəməməlidir. 

"İndi cavanlar yaşlılardan yaxşı sürür. Elə az qəza törədən də cavanlardır. Niyə cavanlar qocalardan daha çox sığorta haqqı ödəməlidir ki?! Yeni qayda məni qane etmir. Əslində cavanlara endirim olmalıdır. İş yox, güc yox.Cavanlara endirim etməkdənsə, onlara baha edirlər”.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda”nı və "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası”nı təsdiq edib.
 
Sadiq Cavadov


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
İqtisadiyyat 08:35
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol