• $ 1.7
  • € 1.8382
  • ₽ 1.9101
  • ₺ 0.0466
  • £ 2.1905

AGÇ və Şahdəniz yataqlarının istismarından əldə olunan gəlir artıb - RƏSMİ

AGÇ və Şahdəniz yataqlarının istismarından əldə olunan gəlir artıb - RƏSMİ
05.08.2022 16:47
2022-ci il yanvar-iyulunda Azəri-Çıraq-Günəşli yatağı üzrə əldə olunan ümumi gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə $2 903 milyondan $5 683 milyona qədər artıb. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondu məlumat yayıb. 

Cari il hesabat dövründə Şahdəniz yatağından hasil edilən qaz və kondensat satışından əldə olunan gəlirin həcmi $1 072 milyon olub. 2021-ci ilin ilk yeddi ayında  bu rəqəm isə $70.98 milyon  təşkil edib.  

ARDNF-dən bildirilib ki, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər bu ilin ilk 7 ayında $252,725 milyon  təşkil edib. Ötən il Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər $57.13 milyon olub.
 
"Azəri”, "Çıraq” və "Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokda neft hasilatı 1997-ci ilin noyabrından aparılır.

Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə əsasən, BP-nin (layihə operatoru) payı 30,37%, Azərbaycan Dövlət Neft Şirkəti - 25%, Macarıstanın MOL - 9,57%, Amerikanın ExxonMobil - 6,79%, Hindistanın ONGC - 2,31%, Yaponiyanın Inpex Corp. və Itochu Oil - müvafiq olaraq 9,31% və 3,65%, Norwegian Equinor - 7,27%, Türkiyənin TPAO - 5,73%-dir.

 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:03
Azərbaycan nefti bahalaşıb
Bitkoinin qiyməti 90 min dolları keçib
İqtisadiyyat 23:56
Bitkoinin qiyməti 90 min dolları keçib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İqtisadiyyat 22:51
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat 17:00
İki ayda 29 yeni dövlət standartı qəbul edilib
Азербайджанская нефть подорожала почти на 1%
İqtisadiyyat 09:20
Азербайджанская нефть подорожала почти на 1%
Rubl və avro bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Rubl və avro bahalaşıb - Məzənnə
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
İqtisadiyyat 08:35
Bitcoin ABŞ-ın strateji ehtiyatına çevriləcək
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
İqtisadiyyat 11:41
Qızılın həcmi 12.4 milyard ABŞ dolları təşkil edib
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
İqtisadiyyat 11:09
Ölkədə kapital bazarında çalışan qadınların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol