• $
  • £

Paşinyan və Blinken arasında telefon söhbəti olub

Paşinyan  və Blinken arasında telefon söhbəti olub
05.08.2022 20:10
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinken ilə avqustun 5-də telefonla söhbət edib. Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb. 


Tərəflər son günlər Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazisində baş verən hadisələri  müzakirə edib. 


Məlumatda bildirilir ki, Ermənistanın baş naziri ABŞ rəsmisinə Azərbaycanın  2020-ci il noyabrın 9-da bağlanan sülh sazişinə riayət etmədiyini söyləyərək Ermənistanın  bölgədə sülh və sabitlik tərəfdarı olduğunu vurğulayıb. 


Entoni Blinken isə yaranmış  gərginlikyə görə narahatlığını bildirərək  durumun sabitləşməsi üçün əlindən gələni etməyə hazır olduğunu deyib. 


2022-ci il avqudtun 3-də yaraqlı erməni hərbi birləşmələri Laçın rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərinə atəş açıb. Nəticədə bir Azərbaycan hərbi qulluqçusu şəhid olub. Azərbaycan tərəfi buna cavab olaraq antiterror əməliyyatı həyata keçirmək məcburiyyətində qalıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.
 
Azərbaycan ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatı nəticəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

"Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür",  - Müdafiə Nazirliyi bildirib.  

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, nəticədə 2 erməni yaraqlısı həlak olub, 14 nəfər yaralanıb. 

Rusiya Müdafiə Nazirliyi isə  atəşkəsin Azərbaycan tərəfindən pozulduğu barədə xəbər yayıb. 


N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol