Bolqarıstan Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
Bolqarıstan yaranmış fövqəladə vəziyyətlə əlaqədar Rusiya vətəndaşları üçün turist vizası və əmlak sahibləri üçün viza verilməsini müvəqqəti olaraq dayandırıb.
"İşçi çatışmazlığı səbəbindən Rusiyanın Bolqarıstandakı səfirliyinin konsulluq xidməti və Varnadakı Baş Konsulluğu işini qismən dayandırıb. Həmçinin Rusedəki Baş Konsulluğu fəaliyyətini dayandırıb. Bolqarıstanın Yekaterinburqdakı Baş Konsulluğu müvəqqəti bağlanıb”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, Moskva, Yekaterinburq və Sankt-Peterburqdakı Bolqarıstanın viza mərkəzləri (o cümlədən regional viza mərkəzləri) "texniki səbəblərə görə” martın 25-dən etibarən konsulluq rüsumu ödənilməklə rusların müraciətlərini qəbul etmir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox