• $
  • £

İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

İƏT Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib
07.08.2022 22:00
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə edilmiş hücumu pisləyib.

Bu barədə  təşkilatdan bildirilib.

"İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini qruplar tərəfindən zorakı və qəbuledilməz hücumu pisləyir”, - İƏT-in bəyanatında qeyd olunur.

"Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədiblər, binanın eyvanında dini bayraqlar qaldırıblar və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozdu", - təşkilat vurğulayıb.

"Baş Katiblik hadisənin hərtərəfli araşdırılmasını tələb edir", - İƏT vurğulayıb.

Radikal dini dəstə avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandallıq aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə zamanı səfirliyin əməkdaşları xəsarət almayıb.
Fakt yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq Azərbaycan tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol