Azərbaycanda altı ay ərzində 19,2 milyon ton neft hasil edilib

2022-ci ilin yanvar-iyulunda ölkədə 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Neft hasilatının 12 milyon tonu "Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) "Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.
Hesabat dövründə 15,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14,7 milyon tona yaxını konsorsiumun, 0,9 milyon tonu isə SOCAR-ın payına düşür.
"Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2022-ci il tarixinədək 596,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli”dən 558,5 milyon ton neft, "Şahdəniz”dən isə 38,4 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 1 avqustdək 595 milyon tonu ixraca nəql edilib.
Gülnar
www.anews.az
Son xəbərlər
Daha çox 