Bakı Limanı vasitəsilə daşınan vaqonların sayı 26 % artıb

2022-ci ilin birinci yarısında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətində (Bakı Limanı) vasitəsilə daşınan vaqonların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 % artaraq 18 376 ədədə çatıb. Bu barədə qurum məlumat yayıb.
Məlumata görə, vaqon yükləri illik yükaşırma gücü 6,2 milyon ton olan Bərə terminalı vasitəsilə daşınır. Bu terminalda vaqonlar yükü boşaldan avadanlığa ehtiyac qalmadan bir nəqliyyat vasitəsindən (lokomotiv) digərinə (gəmi) ötürülə bilir. Bu proses hər biri bilavasitə dəmir yolu xətlərinə qoşulu olan qaldırıcı körpüyə malik iki bərə körpüsündə həyata keçirilir. Bu terminalda gəmilərə sərnişinlərlə yanaşı yük avtomobilləri, sərnişin avtomobilləri və s. nəqliyyat vasitələri xaricində intermodal nəqliyyat vahidləri də yüklənilə bilər.
2022-ci ilin I yarısınıda "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyətində (Bakı Limanı) TEU ekvivalentində aşırılan konteyner ötən ilin eyni dövrü ilə müqayisədə 31,8% artaraq 27 844 ton təşkil edib.
"Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanı yeni multimodal logistik mərkəzdə tam olaraq fəaliyyətə başaladığı 2018-ci ildən etibarən digər növ yüklərdə olduğu kimi konteyner aşırılmasında da hər il artım qeydə alınır.Bu ilin sonuna kimi Bakı Limanında aşırılan konteynerlərin həcmində də daha çox artımın olacağı proqnozlaşdırılır", - qurumdan deyilib.
2018-ci ildə Bakı Limanında 22 887 ədəd konteyner aşırılmışdısa, 2019-cu ildə bu rəqəm 35 024 ədəd, 2020-ci ildə 40 345 ədəd, 2021-ci ildə isə 45 025 ədəd olub. 2018 və 2021-ci illərdə əldə edilən göstəriciləri müqayisə etdikdə görmək olar ki, artım dinamikası 2 dəfədən çoxdur.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı, və ya Port of Baku) 2020-ci ili 1.34 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2019-cu illə müqayisədə 5 dəfə çoxdur.
2020-ci ildə Bakı Limanının əsas əməliyyat gəlirləri 20.15 mln. manat (2019-cu illə müqayisədə 8.9% artım), digər əməliyyat gəlirləri 6.9 mln. manat (3 dəfə artım), əmək haqqı və işçilərlə bağlı digər xərcləri 12.95 mln. manat (20% artım), saxlanma və təmir xərcləri 3.89 mln. manat (80% artım), köhnəlmə xərcləri 1.18 mln. manat (45% artım), sosial xərcləri 884 min manat (2% artım), kommunal xərcləri 763 min manat (18% artım), rabitə xərcləri 842 min manat (70% artım), reklam xərcləri 366 min manat (1% artım), ofis xərcləri 318 min manat (26% artım), tədqiqat xərcləri 113 min manat (46% az), ezamiyyə xərcləri 104 min manat (4 dəfə az), bank xərcləri 94 min manat (16% artım), peşəkarlıq və məsləhət xidmətləri xərcləri 64 min manat (6% az), sanitariya və ekoloji xərcləri 31 min manat (1% az), digər əməliyyat xərcləri 2.23 mln. manat (2,4 dəfə artım), faiz xərcləri 10 min manat (3,8 dəfə az), məzənnə fərqindən zərəri 23 min manat (3 dəfə az), digər xərcləri 76 min manat (5 dəfə az), mənfəət vergisi ödəmələri 103 min manat (32,2% az), mənfəət vergisindən başqa digər vergi ödəmələri 847 min manat (4,2% artım) və sığorta haqqı ödəmələri isə 826 min manat (16% artım) təşkil edib. 2021-ci il yanvarın 1-nə "Port of Baku”nun aktivləri 93.77 mln. manat olub. Bu da 2019-cu illə müqayisədə 3.5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 40% artaraq 6.43 mln. manata, balans kapitalı isə 1.5% artaraq 87,341 mln. manata çatıb.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 