• $
  • £

Müharibənin ildönümü yaxınlaşır - Sülh gözləyək, yoxsa yeni müharibə?

Müharibənin ildönümü yaxınlaşır - Sülh gözləyək, yoxsa yeni müharibə?
08.08.2022 22:50
Avqustun 7-də erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri ümumilikdə 10 dəfə atəşə tutulub. Bunların 6-sı Azərbaycan – Ermənistan dövlət sərhədində, digər 4-ü isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən erməni silahlı qüvvələrinin atəş açması nəticəsində baş verib.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Twitter hesabında bildirib ki, yaxın zamanda İlham Əliyev  və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüseldə görüşü keçiriləcək. Mişel əlavə edib ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması üzrə müzakirələr nəzərdə tutulur.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Brüseldə görüş zamanı artıq sülh müqaviləsi aktual olmayacaq.

"İnanmıram ki, Brüselldə sülh müqaviləsi müzakirə olunacaq. Ermənilər Azərbaycanın şərtlərini qəbul etmirlər. Görüş zamanı ayrı mövzülar müzakirə edilə bilər. Əsasən son günlər baş verən gərginlik  müzakirə olunacaq və prezident İlham Əliyev üçün meydan açılacaq ki, öz mövqeyini daha da aydın formada çatdırsın. Azərbaycan 10 noyabr öhdəliklərinin yerinə yetirilməsinə israrlıdır”, deyə politoloq bildirib.

Tofiq Zülfüqarov hesab edir ki, ermənilərin davranışlarına uyğun olaraq vəziyyəti dəyişə bilər. 

"Müharibə bizim seçimiz deyil. Bu ermənilərin davranışlarından asılı olacaq. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə çalışır. Əgər bu yolda kimsə mane olacaqsa bütün vasitələrdən istifadə olunacaq”, - deyə Zülfüqarov söyləyib.

Siyasi  məsələlər üzrə ekspert Elxan Şahinoğlunun sözlərinə görə indiki vəziyyətdə genişmiqyaslı müharibə gözlənilmir.

"Kiçik antiterror əməliyyatlar davam edəcək. Qarabağ erməni terrorçulardan təmizlənəcək və ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Bir sözlə qanunlarımız bütün ərazilərdə işləyəcək”, deyə ekspert vurğulayıb.

Elxan Şahinoğlu hesab edir ki, ilin sonuna kimi sülh danışıqları barəsində müzakirə aparmaq mümkün olmayacaq.

"Ermənistan məsələləri uzadır. Sərhədlərin açılması,komnukasiya xəttlərinin açılması sual altındadır. Sülh imzalanmasının perspektivi yoxdur. Belə olan halda gərginlik də davam edəcək. Əsas hədəfimiz Laçının azad olunmasıdır. Dəhlizin bizim nəzarətimizə keçməsi və Rusiya postlarının alternativ yola köçürülməsi əsas hədəfimizdir. Düşünürəm ki, sentyabra qədər bu məsələ həll olunacaq”,  Şahinoğlu söyləyib.

Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, hazırda Qarabağda məskunlaşan erməni silahlı dəstələri ilə nə Ermənistan hakimiyyəti, nə də Rusiya bacarmır.

"Qanunsuz silahlı birləşmələrdir. Rusiya sülhməramlıları zamanında onlara xoş üzünü göstərdi deyə indi də öhdəsindən gələ bilmirlər. Onların fəaliyyətinin qarşısını almaq üçün əməliyyatların davamı olmalıdır. Onsuz da "Qisas” əməliyyatının yekunlaşmasına dair heç bir rəsmi məlumat da yoxdur. Ona görə də hesab edirəm bu əməliyyatlar davam edəcək. Hələ sülh müqaviləsinə qədər sərhədlərin təyin edilməsi lazımdır. İşlər o qədər də hamar getmir.Ona görə də bu zaman alacaq”, - ekspert bildirib. 

Bu gün, avqustun 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Ankarada Səfirlərin 13-cü Konfransında bildirib ki, Ermənistan tərəfindən proseslərin düzgün təhlili, Azərbaycan və Türkiyənin səmimi çağırışlarına verilən cavablar nəticəsində regionda tezliklə sabitlik bərqərar olacaq.

Prezident deyib ki, əldə edilən razılaşmalardan sonra Cənubi Qafqazda yeni dövr başlayıb.

"Bu günə qədər biz Azərbaycanla bir çox birgə addımlar atmışıq. Erməni radikal dairələrinin sabotajına baxmayaraq, biz Qafqazda daimi sülhə doğru mühüm yol keçmişik. Ermənistanla bizim xüsusi nümayəndələr səviyyəsində başladığımız görüşlər davam edir. Baş nazir Nikol Paşinyan Qurban bayramı münasibətilə mənə zəng edəndə biz çox konstruktiv danışıqlar apardıq”, - türkiyəli lider deyib.

Azərbaycan Ermənistan və Rusiya arasında noyabrın 10-da üçtərəfli bəyanət imzalanıb. Bəyanata görə atəşkəs bərpa olunnalı və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılmalı idi.

Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol