Almaniya Çinlə ticarət müharibəsinin itkilərinin gözləntiləri nədir?
Berlin Pekinlə iqtisadi əlaqələri pozarsa, Avropa İttifaqının (Aİ) əsas iqtisadiyyatı - Almaniya Böyük Britaniyanın Aİ-dən çıxmasından (Brexit) altı dəfə çox itirəcək. Bu barədə "Reuters” Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (Ifo) araşdırmasının nəticələrinə istinadən xəbər verir.
Almaniya iqtisadiyyatının digər sektorlarına nisbətən avtomobil sənayesi (əlavə dəyərin -8,47%), nəqliyyat avadanlığı istehsalçıları (əlavə dəyərin -5,14%) və maşınqayırma (əlavə dəyərin -4,34%) ilə ticarət müharibəsindən daha çox zərər görəcəklər.
Araşdırmanın müəlliflərindən biri Florian Dorn hesab edir ki, alman şirkətləri "avtoritar rejimlərin” asılılığını azaltmaq üçün öz istiqamətlərini başqa ölkələrə yönəltməlidirlər.
Sənədin həmmüəllifi hesab edir ki, Berlinin məqsədi ABŞ kimi həmfikir ölkələrlə tərəfdaşlıq və azad ticarət sazişləri qurmaq olmalıdır.
www.anews.az

İyulun sonunda Almaniya Ticarət və Sənaye Palatası (DIHK) Almaniyadakı şirkətlərin qaz qiymətlərinə görə hasilatı azaltmağa, hətta bağlanmağa məcbur olduqlarını bildirdi.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox