Azərbaycan qeyri-neft sektorunda ixrac artıb

2022-ci ilin yanvar-iyulunda ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 24,2% artıb. Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
"2022-ci ilin yanvar-iyulunda Azərbaycanın ümumi ixracı $22,6 milyard,qeyri-neft sektoru
üzrə ixrac $1,7 milyard təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac
2021-ci ilin yeddi ayı ilə müqayisədə 24,2% artıb", - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin çərşənbə axşamı yayımladığı hesabatda deyilir.
2022-ci ilin yanvar-iyulunda meyvə-tərəvəz
məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq $376,9 milyon təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı
3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar
və onlardan hazırlanan məmulatların ixracı 28,1%, pambıq lifi ixracı 5,4%, çay
ixracı isə 57,2%, artıb.
Hesabata görə, 2022-ci ilin
iyulunda ixrac $4,1 milyard təşkil edib.
2022-ci ilin iyulunda Azərbaycanda ixrac 4,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə cari ilin iyulunda ötən ilin iyulu ilə müqayisədə ixracda artım 17,2% təşkil etməklə $224,6 milyon olub. 2022-ci ilin iyulunda ötən ilin eyni ayı ilə müqayisədə yeyinti məhsulları üzrə ixrac 43,7% artaraq $61,7 milyon, qeyri-yeyinti məhsulları üzrə isə 9,5% artaraq $162,9 milyon təşkil edib.
Sadiq
Cavadov
www.anews.az
Son xəbərlər
Daha çox 