• $
  • £

Zabuxdakı qanunsuz erməni icmasının rəhbəri Andranik Çavuşyan DANIŞDI

Zabuxdakı qanunsuz erməni icmasının rəhbəri Andranik Çavuşyan DANIŞDI
10.08.2022 17:27
Laçın rayonunun Zabux kəndindəki qanunsuz erməni icmasının rəhbəri Andranik Çavuşyan "Hraparak” qəzetinə müsahibəsində hazırkı vəziyyətdən danışıb.

Andranik Çavuşyan avqustun 25-nə kimi erməni "sakinlər”in boşaldacağı kənddə təxliyyə işlərilə məşğul olduqlarını söyləyib.
 
"Sakinlər”in hələ ki kəndi tərk etmədiklərini deyən icma sədrinin sözlərinə görə, artıq məktəbi boşaltmaq üçün onlara maşın ayırıb.

Kənddən köçəcək hər adam üçün 40 min dram təzminat ödəniləcəyi məsələsindən danışan Andranik Çavuşyan deyib:

"Həmin pul sertifikat məsələsi həll olunana qədər icarə əsasında veriləcək. İrəvana köçənlərə şəhadətnamə verilməlidir ki, 10 milyon dram ekvivalentində pul xərcləsinlər”.

Kəndin 200-dən çox sakini - 54 ailə olduğunu deyən icma sədri onlardan neçəsinin Qarabağa, neçəsinin isə Ermənistana köçəcəyinə aydınlıq gətirib:

"54 ailədən yalnız 7-si "Artsax”da (Qarabağda-red.) qalacaq, qalanları müxtəlif istiqamətlərdə Ermənistana köçəcək, İrəvana, Sünikə və s”.
 
Qarabağda qalmaq istəyən həmin 7 ailənin harada yaşayacağına gəlincə A.Çuvaşyan "hələ bəlli deyil, sabah o işlərlə məşğul olacağıq, yəqin ki, tikilməkdə olan evlərin məsələsi həll olunana qədər müvəqqəti olaraq qonaq evlərində yaşayacaqlar” deyib.

Özünə gəlincə, A.Çuvaşyan Xankəndidə yaşayacağını vurğulayıb.

İcma sədri onu da deyib ki, Zabuxu tərk edəcək ermənilərin indiyə kimi yaşadıqları evləri yandıracağına inanmır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol