Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq - Nazir

Türkiyə enerji sektorunda Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcək. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
Siyasətçinin sözlərinə görə, indi Ankaranın qaz ehtiyatlarının tədarükü üçün Moskva ilə müqaviləsi var.
"Türkiyəyə gəlincə, biz əvvəldən bəyan etmişik ki, (Rusiyaya qarşı) sanksiyalara əsaslanan qərarları icra etməyəcəyik. Bizim Rusiya ilə etibarlı müqaviləmiz var. Bizim Azərbaycan və İranla etibarlı müqaviləmiz var. Biz onlarla əlaqə saxlayırıq. Lazım gələrsə, tədarükü artıra bilərik”, - Dönməz vurğulayıb.
O vurğulayıb ki, 2021-ci ildə Türkiyə 60 milyard kubmetrə yaxın təbii qaz istehlak edib.
Dönməzin sözlərinə görə, tədarükçülər daşınma müddətinə əməl etsələr, qaz qıtlığı ilə bağlı heç bir çətinlik olmamalıdır.
www.anews.az

Türkiyə Avropaya qaz nəqli üçün "enerji dəhlizi”nin yaradılmasını müzakirə edə bilər. Onların "enerji dəhlizi”nin perspektivlərini müzakirə edəcəkləri gözlənilir. (Anadolu)
Gülnar
www.anews.az
Son xəbərlər
Daha çox 