Ölkənin birinci şəxsləri smartfon işlətməməlidir - Üzeyir Cəfərov
Bu gün, avqustun 12-də Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları Daşqın Qasımov Etibar oğlu və Toğrul Feyruzlu Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri yaydığı üçün Müdafiə Nazirliynin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib.
Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, ölkənin təhlükəsizliyini qoruyan şəxslərin smartfon telefonlardan istifadəsi qəti şəkildə səhv addımdır və Nazirliyin qərarı doğrudur.
"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə bu hallar ilə qarşılaşırıq. Xəbərdarlıq hamıya aiddir. Hərbçilərimiz məsuliyyətsiz yanaşır. Nəzərə almırlar ki, söhbət ölkənin müdafiəsindən gedir. Burada təkcə hərbçilər deyil prosesdə iştirak edən şəxslər də cəzalanlandırılmalıdır. O telefonlar hərbi hissələrə necə daxil olur,kimin səhlənkarlığından bu cür hallar baş verir. Bunlar hamısı detallarla araşdırılmalıdır. Bu gün Rusiya Ukrayna müharibəsində Ukrayna hərbçilərinin 20-30 faizinin həyatının itirməsi məhz smartfon telefonlardan istifaəsinə görədir", - o qeyd edib.
Cəfərov hesab edir ki, ölkəni idarə edən birinci şəxslər belə smartfonlardan uzaq olmalıdır.
"Prezident, Baş nazir, Milli Məclisin sədri ölkənin məxfi məlumatlarını daşıyan birinci şəxslərdir. Ona görə də onların smartfon işlətməsi belə doğru deyil. Çünki indi dünyanın o başından, min kilometrlə uzaqdan belə məxfiliyin əldə olunması üçün hər cür proqramlardan istifadə yolları mümkündür. Hətta nazir Zakir Həsənov belə otağında bu telefondan istifadə edə bilməz. Çünki bu telefonlar vasitəsilə düşmənin məxfi məlumatları əldə etməsi imkanı yaradır. Məsələn, İsrailin pegasus proqramı məhz dünyada terrorçuların izlənməsi üçün nəzərdə tutulan proqramdır. Telefon olan yerdə fəlakət də böyükdür", - o bildirib.
www.anews.az
Müdafiə Nazirliyi sosial şəbəkələrdən istifadə edən hərbçilərə xəbərdarlıq edib. Bildirib ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.
"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə bu hallar ilə qarşılaşırıq. Xəbərdarlıq hamıya aiddir. Hərbçilərimiz məsuliyyətsiz yanaşır. Nəzərə almırlar ki, söhbət ölkənin müdafiəsindən gedir. Burada təkcə hərbçilər deyil prosesdə iştirak edən şəxslər də cəzalanlandırılmalıdır. O telefonlar hərbi hissələrə necə daxil olur,kimin səhlənkarlığından bu cür hallar baş verir. Bunlar hamısı detallarla araşdırılmalıdır. Bu gün Rusiya Ukrayna müharibəsində Ukrayna hərbçilərinin 20-30 faizinin həyatının itirməsi məhz smartfon telefonlardan istifaəsinə görədir", - o qeyd edib.
Cəfərov hesab edir ki, ölkəni idarə edən birinci şəxslər belə smartfonlardan uzaq olmalıdır.
"Prezident, Baş nazir, Milli Məclisin sədri ölkənin məxfi məlumatlarını daşıyan birinci şəxslərdir. Ona görə də onların smartfon işlətməsi belə doğru deyil. Çünki indi dünyanın o başından, min kilometrlə uzaqdan belə məxfiliyin əldə olunması üçün hər cür proqramlardan istifadə yolları mümkündür. Hətta nazir Zakir Həsənov belə otağında bu telefondan istifadə edə bilməz. Çünki bu telefonlar vasitəsilə düşmənin məxfi məlumatları əldə etməsi imkanı yaradır. Məsələn, İsrailin pegasus proqramı məhz dünyada terrorçuların izlənməsi üçün nəzərdə tutulan proqramdır. Telefon olan yerdə fəlakət də böyükdür", - o bildirib.
Bir neçə gün öncə də Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Seymur Süleymanzadə Əmrah oğlu və Afət Abdullayeva İzariyyə qızının xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilərək ordu sıralarından xaric edilib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox