• $
  • £

İnternetin qiyməti qalxdı - Nəticələri necə olacaq?

İnternetin qiyməti qalxdı -  Nəticələri necə olacaq?
12.08.2022 15:45
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom” və "Bakı Telefon Rabitəsi” ("Baktelecom”) MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində 4 Mb/s və 10 Mb/s tariflərini ləğv edərək, uyğun olaraq 15 Mb/s və 30 Mb/s tarif paketinə köçürüb. Nəticədə əvvəl 4 Mb/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 Mb/s internet tarifinin aylıq ödənişi 15 manata kimi artıb. Digər 10 Mb/s internet tarifi  30 Mb/s qədər artdığından internetin qiyməti də 12,5 manatdan 18 manata kimi artıb. Bu barədə adı çəkilən şirkətlər məlumat verir.
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə,  yeni qərar istifadəçi maraqlarına uyğun deyil.
 
”Aztelekom” və "Baktelecom” sadəcə öz infrastruktrunu yenilədiklərindən belə bir təşəbbüslə çıxış ediblər. Əslində onlar yaxşı bir infrastruktur qurublar, amma atdıqları addım  istifadəçi maraqlarına uyğun deyil. İndi birdən-birə belə böyük sürətlər tətbiq ediblər. Onun fonunda aşağı sürətləri ləğv etmək bir qədər düzgün yanaşma deyil”, ekspert deyib.
 
Rayonlarda internetin sürəti məsələsinə toxunan Osman Gündüz bu istiqamətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  iki illik layihə həyata keçirdiyini bildirib.
 
 "Bildiyim qədəri ilə nazirlik artıq bu istiqamətdə iki illik bir layihə həyata keçirib. Yəni, iki ildə Azərbaycanın ən ucqar nöqtəsində də, Bakının mərkəzində də keyfiyyətli internetə əlçatanlılıq olmalıdır.Hələlik bu problem var, amma nazirlik deyir ki, bunu həll edəcəm”,- Osman Gündüz qeyd edib.
 
 O, həmçinin, rayonlarda yaxın gələcəkdə özəl provayderlərin sayının artacağını da vurğulayıb.

 "Nazirlik son vaxtlar özəl provayderləri də bu işlərə cəlb edib. Dövlət-özəl tərəfdaşlığı nəticəsində bölgələrdə çalışan  provayderlər də bu işlərə cəlb edilir, keyfiyyətli internet infrastruktrunun qurulur”, Osman Gündüz əlavə edib.
 
 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi 1992-ci ilin avqustunda yaradılıb. Hazırda "Aztelekom" 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağı (KMTQ) birləşdirir. Azərbaycan Respublikasının Milli rabitə operatoru olan Aztelekom fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif telekommunikasiya xidmətlərini göstərir.
 
Bakı Telefon Rabitəsi MMC isə  Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, əhaliyə simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərən şirkətdir.
 
Sadiq Cavadov

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol