• $
  • £

Prezidentin “Şərəf” ordeni verdiyi şəxs kimdir?

Prezidentin “Şərəf” ordeni verdiyi şəxs kimdir?
12.08.2022 16:46
Prezident İlham Əliyev Azərpaşa Nemətovun "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

O, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Bəs, Nemətovun ölkə mədəniyyətində hansı fəaliyyəti olub?

Anews.az Azərpaşa Nemətovun dosyesini təqdim edir.

Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakıda anadan olub. O,31 saylı orta məktəbdə təhsil alıb.
 
Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun ailəsində doğulmuşdu. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma sonradan fikrini dəyişərək teatr sahəsinə gəlib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Tanınmış rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. Diplom işi "Qardaşım klarnet çalır"" (A.Aleksin, Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus bölməsində göstərilib.
 
1972-ci ildə GTT-də əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974–1977-ci illərdə Sankt-Peterburq teatrında, 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və 1983–1990-cı illərdə baş rejissor kimi işləyib.
 
1990-cı aprelin 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissorudur.
 
1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. 1985-ci ildən Andrey Popov adına SSRİ ümumittifaq müsabiqəsinin laureatıdır. Onun tamaşaları İstanbulda, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə uğur qazanıb.
 
O, 2007-ci ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə Azərpaşa Zəfər oğlu Nemətov "Şöhrət" ordeni ilə təltif edilib.

2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü seçilib.

2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.

2016-cı ildə yanvarın 6-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru vəzifəsinə təyin edilib.

2017-ci ildə İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərpaşa  Nemətov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
Ləman Qasımova






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol