Almaniyada qaz anbarları 74% dolub
Almaniya Federal Şəbəkə Agentliyi ölkənin qaz anbarlarının 74% dolu olduğunu açıqlayıb. Bu barədə RİA Novosti məlumat yayıb.
Almaniyada ümumi saxlama dərəcəsi 74,39% təşkil edir.
Bildirilir ki, ən böyük qaz anbarı "Reden” hazırda 52,28 faiz dolub. "Şimal axını” qaz kəməri ilə qaz nəqlinin səviyyəsi onun tutumunun təxminən 20%-i səviyyəsində qalır. Qaz anbarlarına qazın vurulması davam edir.
Federal Şəbəkə Agentliyi əlavə edib ki, tədarükün azalması səbəbindən topdansatış qaz qiymətləri yüksək olaraq qalır.
www.anews.az

Bundan əvvəl Almaniyanın Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller bildirmişdi ki, Avropa İttifaqının (Aİ) bütün ölkələri qaza qənaət edərsə, bu, yanacağın qiymətinin sabitləşməsinə kömək edəcək. Müller qaz istehlakını 15% azaltmaq üçün qəbul edilmiş ümumavropa planını alqışlayıb. Avqustun 5-də Aİ nəhayət, yaxın aylarda qaza tələbatın 15% azaldılması planını təsdiqlədi.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox