• $
  • £

Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb

Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb
14.08.2022 19:00
Avqustun 15-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək 20 yaşadək güləşçilər arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Yeniavaz.com Azərbaycan Güləş Federasiyasından veriləm məlumata istinadən xəbər verir ki, ölkə 7 gün davam edəcək mundialda güləşin hər üç növündə təmsil olunacaq.

Yarışın ilk 3 günündə böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə Nurəddin Novruzov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Soslan Tigiyev (79 kq) və Səbuhi Əmiraslanov (86 kq) yer alıb.

17 - 19 avqustda qadın güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında ölkəni Gültəkin Şirinova (50 kq), Əsmər Canqurtaran (53 kq), Elnurə Məmmədova (55 kq), Birgül Soltanova (62 kq), Mərziyə Sadıqova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcək.

Çempionatın son 3 günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq) və Laçın Vəliyev (87 kq) uğur qazanmağa çalışacaq.

Dünya çempionatında beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyacaq

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol