İrəvanda ölənlərin sayı artdı - RƏSMİ
İrəvanda partlayış nəticəsində dağılmış Surmalu ticarət mərkəzinin dağıntıları altından avqustun 15-i səhər daha iki nəfərin meyiti tapılıb və ölənlərin sayı 5 nəfərə kimi artıb. Bu barədə Ermənistan FHN-ə istinadən Sputnik Armeniya xəbər agentliyi məlumat yayıb.
"Dağıntılar altında xilasedicilər daha iki nəfərin cəsədini çıxardıb. Onların şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir.
İrəvan ticarət mərkəzinin pirotexnika saxlanan anbarında avqustun 14-də baş verən partlayış nəticəsində 5 nəfər ölüb 61 nəfərdən çox yaralanıb. Rəsmi məlumata görə daha 17 nəfər itkin düşüb. Onların dağıntılar altında olması ehtimal edilir.
Ermənistan Baş Prokurorluğu faktla bağlı cinayət işi qaldırıb.
Erməni katalikosu İkinci Qareqin ölənlərin ailə üzvləri və yaxınlarına baş sağlığı verib.
Xilasedicilərin. Gecə ərzində apardıqları xilasetmə işləri nəticəsində yalnız səhər saatlarında daha iki nəfərin cəsədi tapılıb. Xilasetmə işləri davam edir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox