• $
  • £

STM və SETA rəhbərləri görüşdü

STM və SETA rəhbərləri görüşdü
15.08.2022 10:27
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın rəhbəri Bürhanəddin Duranla görüş keçirib.

Görüşdə iki qurum arasında geniş əlaqələr yaradılıb, müəyyən proseslər həyata keçirilib, eyni zamanda pandemiya dövrdə onlayn razılaşmalarla həyata keçirilən əməkdaşlıq  artıq yenilənmiş və daha da geniş rəsmi formada sədrlər səviyyəsində təsdiq edilib. 

SETA kimi qlobal beyin mərkəzi ilə qurulan münasibətlər Azərbaycanda  dövlət idarəçiliyində STM –in timsalında beyin mərkəzlərinin işinin getdikcə daha geniş şəkildə təşəkkül tapması və mühitin təcrübələrindən daha geniş şəkildə istifadəni də aktuallaşdırır.

Elmi, intellektual, müasir data-analiz sahəsində biliklərin mübadiləsi, birgə layihələr, kadr hazırlığı, study kurslar, o cümlədən birgə siyasi gündəmin analiz edilməsi, bir-birinin siyasi gündəmi ilə yaxından tanışlıq, müxtəlif beynəlxalq tədbirlərdə bir-birlərinin nəzərə alınması və s. məsələlər imzalanan əməkdaşlıq sənədində öz əksini tapıb.

Görüşdə ikinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqazda formalaşan yeni düzən və Türkiyənin, onun liderinin bu prosesdə aktiv iştirakı, həyata keçirilən kommunikasiya, bir sözlə, yeni sülh quruculuğu siyasətində beyin mərkəzlərinin roluna xüsusi vurğu edilib. 

Qarşıdakı dövrdə heyətlərin  görüşləri, qarşılıqlı səfərlər, onlayn platformalarda məsləhətləşmələrə qərar verilib.

 SETA qurumu daxili  siyasət, xarici siyasət, iqtisadiyyat, cəmiyyət və media, hüquq və insan hüquqları, təhlükəsizlik, strateji, təhsil və sosial siyasət, Avropa üzrə  tədqiqatlar və enerji sahələrində geniş tədqiqat işləri aparır, onları müasir elmi texnologiyalar vasitəsilə təqdim edir.
 
Qurum təkcə mövcud məsələlər dair araşdırmalar aparmır, eyni zamanda problemlərin həllinə dair təkliflər təqdim edir.

SETA-nın Ankara və  İstanbuldan başqa, Vaşinqton, Berlin və Brüsseldə ofisləri fəaliyyət göstərir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol