Böyük Britaniya şirkətlərinin 71%-i Rusiya əleyhinə sanksiyalara məruz qalıb
Britaniya şirkətlərinin təxminən üçdə ikisi Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticələrindən əziyyət çəkib. Bu barədə "Daily Mail” sığorta agenti Maktavişin sorğusuna istinadən yazır.
Araşdırmaya görə, respondentlərin 71%-nin anti-Rusiya sanksiyalarının birbaşa təsirinə məruz qalmış aktivləri var. Firmaların təxminən yarısı artan xərcləri və istehsal zəncirlərindəki fasilələri, 44%-i təchizatçıları itirdiyini, 42%-i isə kadr problemi yaşadığını qeyd edib.
Ən çox maliyyə sektoru zərər çəkib: sənaye müəssisələrinin 92%-i aktivlərinin və vəsaitlərinin Rusiya Federasiyasında yerləşməsi səbəbindən məhdudiyyətlərdən zərər çəkib.
Bundan əvvəl "The Telegraph”ın köşə yazarı Ben Rayt öz məqaləsində yazıb ki, Böyük Britaniya iqtisadiyyatı Ukraynadakı münaqişənin nəticələri, enerji böhranı və bir çox başqa problemlər nəticəsində məhv edilir.
Hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir. Bunu fevralın 24-də Rusiya prezidenti Vladimir Putin bəyan edib. Onun sözlərinə görə, hərbi əməliyyatın məqsədi qonşu ölkəni demilitarizasiya etmək və onun hakimiyyətini denazifikasiya etməkdir.
www.anews.az

Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Gülnar
www.anews.az
Son xəbərlər
Daha çox