Rusiyanın hücumu səhiyyə sisteminə ZƏRƏR VURUB
Fevralın 24-dən bu günə kimi davam edən Rusiya ilə müharibə dönəmində Ukrayna xəstəxanalarına və digər tibb müəssisələrə 455 hücum qeydə alınıb. Rusiyanın hücumlar nəticəsində 86 nəfər ölüb, 105 nəfər xəsarət alıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytı məlumat yayıb.
www.anews.az
Ukrayna rəsmiləri Rusiyanın ölkə səhiyyəsinə verdiyi zərərlərin daha çox olduğu qənaətindədir. Belə ki, Ukrayna səhiyyə naziri Viktor Liaşko Associated Press xəbər agentliyinə müsahibəsində bildirib ki, Rusiya rəsmiləri dəfələrlə işğal olunmuş şəhərlərdə, qəsəbələrdə və kəndlərdə sakinlərə dövlət tərəfindən subsidiyalaşdırılmış dərmanların çatdırılmasına imkan verməyib.
Nazir qeyd edib ki, Rusiyanın hücumu ilə dağılmış ərazilərə də təcili tibbi yardım maşını çağırılan vaxtında gələ bilmir.
"Müharibənin altı ay müddətində Rusiya xəstələrin ehtiyac duyduğu dərmanları bizim təchiz etməyimiz üçün müvafiq humanitar koridor təşkil etməyib. Hal-hazırda Ukraynanın nəzarət etdiyi ərazilərdə yollar və körpülər dağılmış haldadır. Belə vəziyyətdə ürək tutması və ya infarkt olan insanları xəstəxanaya çatdırmaq çətindir. Biz inanırıq ki, Rusiya bu addımı bilərəkdən atır və biz bunu insanlığa qarşı cinayət, müharibə cinayəti kimi qəbul edirik. Bu addımlar sənədləşdiriləcək və tanınacaq" - Ukrayna rəsmisi bildirib.
Birləşmiş Millətlər Təşkilatının nümayəndələri deyib ki, xəstəxanaların və infrastrukturun dağıdılması, o cümlədən 7 milyon insanın evlərindən köçkün düşməsi müalicələrə təsir edib
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Ləman Qasımova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox