• $
  • £

Planetdəki bütün insanların başına xüsusi çip taxmaq lazımdır - Elon Mask

Planetdəki bütün insanların başına xüsusi çip taxmaq lazımdır - Elon Mask
15.08.2022 16:10
Planetdəki bütün insanların başına xüsusi çip taxmaq lazımdır. Bu fikirləri "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri Elon Mask  Çinin "China Cyberspace” jurnalı üçün yazdığı məqalədə bildirib. 

"Neuralink smartfonlar kimi portativ cihazlara bənzər sikkə ölçülü beyin çipləri hesablama və insan beynini birləşdirən texnologiyaların inkişafına diqqət yetirir", - milyarder yazıb. 

Maskın sözlərinə görə, çip əlilliyi olan insanlara kömək edəcək.
 
"Yeni texnologiya onurğası zədələnmiş insanlara əvvəlki funksiyaların bərpasına kömək edəcək və iflic olan insanlara kompüter və smartfonlardan istifadə etməyə imkan verəcək", - o qeyd edib. 

Mask belə qənaətə gəlir ki, onun şirkətləri "Tesla", "SpaceX" və "Neuralink" texnologiyaları birlikdə "bəşəriyyət üçün daha yaxşı gələcəyə nail olmağa kömək edə bilər".
 
"Uzun müddətdə beyin-kompüter interfeysinin inkişafı ilə bu texnologiya xarici dünya ilə insan beyni arasındakı əlaqə kanallarını genişləndirəcək, beynin digər sahələrinə və yeni sinir məlumatlarına çıxış əldə edəcək”, – İlon Mask deyir.
 
Mask, Neuralink-in sinir çiplərinin indi hər bir halda ciddi şəkildə yaralanan insanlara kömək etdiyini söylədi. Nümunə olaraq o, motosikletlə qəzaya düşən və indi təkbaşına yemək yeyə bilməyən 25 yaşlı gəncdən danışıb. İş adamı izah edib ki, bu halda çip travmatik beyin zədələrini müalicə etmək və ya yüngülləşdirmək üçün proqramlaşdırılacaq.
 
Milyarder İlon Mask tərəfindən qurulan, insan beyninə implantasiya etmək üçün çip üzərində işləyən "Neuralink” neyron interfeysi tərtibatçısı vençur kapitalı mərhələsində 205 milyon dollar toplayıb. Ona rusiyalı milyarder Yuri Milnerin keçmiş ortağı tərəfindən təsis edilmiş Dubay şirkəti "Vy Capital” rəhbərlik edib.

2021-ci ilin aprelində Elon Mask öz şirkətinin Neuralink-in bu günə qədər əldə etdiyi ən böyük nailiyyəti – beyninə çip yerləşdirilmiş meymunun yalnız düşüncə gücü ilə müəyyən oyunu oynaya biləcəyi uğurlu təcrübədən danışmışdı. Çiplərin növbəti klinik sınaqlarının insanlar üzərində olacağı gözlənilir. 
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol